Dünya Robot Olimpiadasında azərbaycanlı oğlanların uğuru

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlılar Panamada keçirilən Dünya Robot Olimpiadasında uğur qazanıblar. 

Belə ki, Zaqataladan olan “Village Boys” (“Kəndli oğlanlar”) komandası dünya çempionluğunu cəmi 1,9 xalla qaçıraraq 57 ölkənin komandalarını geridə qoyaraq gümüş medal qazanıb. 

Azərbaycan Universitetləri səhifəsində paylaşım edilərək bildirilib ki, Azərbaycanın “Village Boys” komandasının üç üzvündən biri – Hacı Hacıyev Vətən müharibəsində böyük qəhrəmanlıqlar göstərən şəhid polkovnik-leytenant Abakar Hacıyevin oğludur.

Share: