Dövlət Dəniz və Liman Agentliyinin Mətbuat Xidmətinin küləkli hava şəraiti ilə bağlı məlumatı

Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi (GHİM) küləkli hava şəraiti ilə ilə bağlı gəmilərə xəbərdarlıq edir.

Agentliyin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinə (GHİM) Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosundan təhlükəli hidrometeoroloji hadisə haqqında məlumat daxil olub.

Bir bunu deyən yazı "XOBORDARLIQ! DÃVLET DaNİZ ve LIMAN DOO LIMANAGENTLİY AGENTLİY Dövlat Daniz va Liman Agentliyinin Gami Harakatinin İdaraedilmasi Markazi hava şaraiti ila bağlı gamilara xabardarlıq edir. Sabahdan Xazar Daniz Akvatoriyasında başlayacaq şimal-qarb külayi noyabrın 11-na kimi davam edacak. Külayin sürati 18-23 m/s Arabir: 25-30 m/s Açıq danizda Arabir: 33 m/s Dalğanın hündürlüyü 3.0-4.0 metr Sonrakı inkişafda 4.0-6.0 metr" şəkili ola bilər
Məlumata əsasən, bu gündən başlayacaq şimal-qərb küləyi noyabrın 11-nə kimi davam edəcək.
Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə arabir 33 m/s-dək günlənəcəyi gözlənilir.
Dalğanın hündürlüyü: 3.0-4.0 m, sonrakı inkişafda 4.0-6.0 m.çatacağı proqnozlaşdırılır.

Müstəqil.Az

Share: