DÇ-2022: Braziliya – Serbiya matçında hesab açılıb

Qətərdə keçirilən dünya çempionatının G qrupunun ilk turunda Braziliya – Serbiya matçında hesab açılıb. 

Qarşılaşmanın 62-ci dəqiqəsində Rişarlison Braziliyanı hesabda önə çıxarıb – 1:0.

00:10

Qətərdə keçirilən dünya çempionatının G qrupunun ilk turunda Braziliya – Serbiya matçında ikinci hissə başlayıb. 

Oxu.Az-ın məlumatına görə, ilk hissədə hesab açılmayıb. 

23:51

Qətərdə keçirilən dünya çempionatının G qrupunun ilk turunda Braziliya – Serbiya matçında ilk hissə başa çatıb. 

Oxu.Az-ın məlumatına görə, ilk hissədə hesab açılmayıb. 

23:02

Qətərdə keçirilən dünya çempionatının G qrupunun ilk turunda Braziliya – Serbiya matçı start götürüb. 

Oyun saat 23:00-da başlayıb. 

22:28

Qətərdə keçirilən dünya çempionatının G qrupunun ilk turunda üz-üzə gələcək Braziliya və Serbiya milli komandalarının start heyətləri açıqlanıb.

Oxu.Az-ın məlumatına görə, komandalar meydana aşağıdakı “11-liklər”lə çıxacaq:

Braziliya: 1. Alisson Bekker, 2. Danilo, 3. Tyaqo Silva, 4. Markinyos, 5. Kazemiro, 6. Aleks Sandro, 7. Lukas Paketa, 9. Riçarlison, 10. Neymar, 11. Rafinya, 20. Vinisius Junior

Serbiya: 23. Vanya Milinkoviç-Saviç, 2. Strahinya Pavloviç, 4. Nikola Milenkoviç, 5. Miloş Velikoviç, 8. Nemanya Qudeli, 9. Aleksandr Mitroviç, 10. Duşan Tadiç, 14. Andriya Jivkoviç, 16. Saşa Lukiç, 20. Sergey Milinkoviç-Saviç, 25. Filip Mladenoviç

Qeyd edək ki, qarşılaşma saat 23:00-da start götürəcək.

Share: