“Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən tam olaraq çıxarmayıb” — XİN başçısı

“Üçtərəfli Bəyanatda nəzərdə tutulduğu kimi, Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən tam olaraq çıxarmayıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparır:

“Bu istiqamətdə görülən işlərə maneə törədən ən mühüm amillərdən biri mövcud mina təhlükəsidir. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatda nəzərdə tutulduğu kimi, Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən tam olaraq çıxarmayıb və Azərbaycan ərazilərində müxtəlif hərbi fəaliyyətləri, o cümlədən minaların yerləşdirilməsini davam etdirir. Ermənistana təzyiq göstərilməsi və problemin öz həllini tapması istiqamətində beynəlxalq ictimaiyyətin dəstəyinə ciddi ehtiyac var”. 

 

 

 


Share: