Çökmə olan univermaqda söküntü aparılır

Gəncə şəhərində yerləşən Mərkəzi Univermaqda söküntü işlərinə başlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bir müddət öncə həmin ticarət mərkəzində qeydə alınan çöküntüdən sonra binadakı artırmaların sökülməsinə qərar verilib. Artıq əraziyə texnika və canlı qüvvə cəlb olunub. Hazırda söküntü davam etdirilir və univermaq işçiləri binaya buraxılmırlar.

Qeyd edək ki, ötən aylarda univermağın üzərində əlavə iki mərtəbə inşa edilmişdi. Həmçinin, binanın ətrafına da artırmalar tikilmişdi.

Share: