Əliyar Ağayev “Rakuv”un Avropa Liqasındakı oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə UEFA-dan təyinat alıb.

“Report”un əldə etdiyi məlumata görə, 35 yaşlı ədalət təmsilçisi Polşada yerli “Rakuv” və Avstriyanın “Ştrum” komandaları arasında keçiriləcək Avropa Liqasının qrup mərhələsinin II tur matçını idarə edəcək.

Qeyd edək ki, oktyabrın 5-də Polşada oynanılacaq qarşılaşma saat 20:45-də başlayacaq.

Xatırladaq ki, “Rakuv” cari mövsüm UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində iki görüşün (3:2;1:1) nəticəsinə əsasən “Qarabağ”ı mübarizədən kənarlaşdırıb.

Share: