Ceyhun Bayramov Heydər Əliyevin 100-cü ildönümü ilə bağlı paylaşım edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ulu öndər Heydər Əliyevin 100-cü ildönümü ilə bağlı paylaşım edib.

Oxu.Az xəbər verir ki, nazir özünün “Twitter” hesabında yazıb:

“Bu gün müstəqil, müasir, güclü Azərbaycanın qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasından 100 il ötür. Qəlbimizdə əbədi yaşayan ulu öndərin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik”.

 


Share: