Azərbaycan finala keçə bilmədi

Böyük Britaniyanın Liverpul şəhərində “Avroviziya-2023” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.

Kulis.az xəbər verir ki, 15 ölkənin təmsilçisinin mahnılarını səsləndirdiyi yarımfinalda “Tell me more” mahnısını ifa edən təmsilçilərimiz Turan və Tural Bağmanovlar finala çıxa bilməyib.

Qeyd edək ki, yarışmanın ikinci yarımfinalı mayın 11-də, final isə mayın 13-də keçiriləcək.

Share: