Çexiyada naməlum şəxs şossedə “Formula 1” bolidi ilə şütüyüb

Çexiyada Pribram şəhəri yaxınlığında naməlum sürücü “Ferrari” yarış avtomobili ilə ictimai şossedə hərəkət edib.

Polis sürücünün şəxsiyyətini müəyyən edə bilməyib.

Bolidin 2005-2016-cı illərdəki “Ferrari” komandasının avtomobillərinə bənzədiyi bildirilib.

Qeyd olunub ki, bu, bu avtomobillə bağlı ilk belə hal deyil. Eyni bolid 2019-cu ildə də həmin magistralda görünüb. O zamn da hüquq-mühafizə orqanları qanun pozucusunu tapa bilməyib.

Mənbə: gazeta.ru

 

Share: