Cəlilabaddakı qəzada xəsarət alanların kimliyi məlum oldu

Cəlilabadda baş verən qəzada xəsarət alanların kimliyi məlum olub.

APA xəbər verir ki, hadisə zamanı üç nəfər xəsarət alıb.

Onlar VAZ-2107 markalı minik avtomobilinin sürücüsü – Biləsuvar rayon sakini, 1984-cü il təvəllüdlü Aqil Nadir oğlu Əhmədov, “Mercedes-Benz” markalı avtomobilin sürücüsü – Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Nizami Səfərov və sərnişini, paytaxt sakini 1982-ci il təvəllüdlü Yeganə Quliyevadır.

Yaralıların müalicəsi xəstəxanada davam etdirilir.

22:10

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə köhnə Ələt-Astara magistralında qeydə alınıb.

VAZ 2107 və “Mercedes-Benz” markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində xəsarət alanlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Share: