Bakıda doqquzmərtəbəli binada yanğın oldu — Xəsarət alan var

Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 38 m² olan 2 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları 15 m² sahədə və mətbəxin lambirdən ibarət tavanı 9 m² sahədə yanıb.

“Qafqazinfo” xəbər verir ki. bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Share: