Cəlilabadda ziyarətgaha gedən mikroavtobus qəzaya uğradı: Xəsarət alanlar var

Cəlilabadda ağır yol qəzasında xəsarət alanların sayı 8-ə çatıb.

“Report”un məlumatına görə, qəzada xəsarət alan 1995-ci il təvəllüdlü Əli Mirzəyev və 1991-ci il təvəllüdlü Ülvi Mustafayev də xəstəxanaya müraciət ediblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

19:38

Cəlilabadda ziyarətgaha gedən mikroavtobus qəza törədib, yaralılar var.

“Report”un məlumatına görə, hadisə Cəlilabad şəhərinin çıxışında qeydə alınıb.

Belə ki, qəza zamanı “Ford” markalı sərnişin mikroavtobusu ilə VAZ-106 markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində xəsarət alanlar var.

Onlar 1970-ci il təvəllüdlü Firuzə Hüseynova, 1987-ci il təvəllüdlü Xəyalə Yaqubzadə, 1962-ci il təvəllüdlü Naibə Əliyeva, 1952-ci il təvəllüdlü Zümrüd Şıxəliyeva, 1981-ci il təvəllüdlü Nailə Quluzadə və 2009-cu il təvəllüdlü Xədicə Yaqubzadədir.

Yaralılar rayon xəstəxanasına aparılır.

Məlumata görə, mikroavtobusda olan şəxslər ziyarətgaha gedirmiş.

Faktla bağlı araşdırma aparılır.

Share: