“Borussiya” liderliyə yüksəldi

Almaniya Bundesliqasında 6-cı tura start verilib.

Oxu.Az xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib.

Dortmund “Borussiya”sı səfərdə “Hoffenhaym”la qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib.

Bu nəticə ilə “Borussiya” xallarının sayını 14-ə çatdırıb və liderliyə yüksəlib. “Hoffenhaym” isə 12 xalla 6-cıdır.

Almaniya Bundesliqası, 6-cı tur

29 sentyabr

“Hoffenhaym” – “Borussiya” (Dortmund) – 1:3

Qollar: Kramariç, 25-pen. – Fullkruq, 18. Roys, 45+3. Ryerson, 90+5.

Qırmızı vərəqə: Bensebayni, 71 (“Borussiya”).

Share: