Berluskoninin varisləri onun rəsm kolleksiyasını məhv etmək istəyirlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin beş varisi onun 25 min rəsmdən ibarət kolleksiyasını məhv etmək istəyirlər.

Verilən məlumata görə, toplanmış əsərlərin əksəriyyətinin heç bir dəyəri yoxdur və onların saxlanması siyasətçinin varislərinə hər il 800 min avroya başa gəlir. Rəsmlər Berluskoninin həyatının çox hissəsini yaşadığı Milanın yaxınlığındakı Arkore villasının yanında 3,2 min kvadratmetr sahəsi olan anbarda saxlanılır. Ekspertlər rəsm toplusunu 20 milyon avro dəyərində qiymətləndirirlər.

Bildirilir ki, 25 min rəsmdən Tisian və Rembrandt kimi rəssamların çəkdiyi 6-7 əsər real dəyərə malikdir.

İtaliya Mədəniyyət Nazirliyinin keçmiş əməkdaşı və keçmiş baş nazirin dostu bildirib ki, siyasətçi rəsmlərin çoxunu yuxusuzluqdan əziyyət çəkdiyi zaman televiziya kanallarında telemağaza verilişlərinə baxarkən alıb.

Mənbə: Lenta.ru

Share: