Ehud Barak: “İsrailə Qəzzada əməliyyat üçün 2-3 ay lazımdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İsrail qüvvələrinin Qəzza zolağında quru əməliyyatı keçirməsi iki-üç ay lazım olacaq”.

Bunu İsrailin keçmiş baş naziri Ehud Barak deyib.

Onun sözlərinə görə, İsrailə yerdə ev-ev gəzəcək, bütün raket məntəqələrini, bütün silahları və cinayətkarları məhv edəcək əsgərlər lazımdır.

“Bundan sonra Qəzzanı nəhayət HƏMAS-dan azad etmək üçün bizim yəqin ki, daha iki-üç aya ehtiyacımız olacaq”, – deyə o, bildirib.

Mənbə: Times of Israel.

Share: