Bayden: “Novruz bizə qarşıdakı ümidi xatırladan yeni ilin başlanğıcıdır”

“Novruz minilliklər ərzində keçirilən bir bayramdır və bu gün dünyada milyonlarla insan tərəfindən qeyd olunur”.

Bunu ABŞ Prezidenti Co Bayden “Twitter” səhifəsində yazıb.

O, bu bayramı qeyd edən hər kəsi təbrik edib.

“Bu, hətta ən qaranlıq vaxtlarda da bizə qarşıdakı ümidi xatırladan yeni ilin başlanğıcıdır. Bütün qeyd edənlərin Novruz bayramı mübarək”, – dövlət başçısı bildirib.

 


Share: