Baku TV-nin əməkdaşı səhəri partlayışlarla açan Kiyevdə

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Kiyevdə səhər saatlarında partlayışlar baş verib. 

“Rusiya silahlı qüvvələri tərəfindən Kiyev vilayəti də daxil olmaqla, bütün Ukrayna üzrə 40 raket hücumu təşkil edilib”, – deyə əlavə edilib.

O da qeyd edilib ki, Ukraynada davam edən müharibə nəticəsində daha bir həmyerlimiz həlak olub.

Belə ki, 2 gün əvvəl Donetskin Slavyansk rayonunda azərbaycanlı Məmməd Əliyev raket hücumunda həyatını itirib.

Share: