Məşhur musiqiçi vəfat etdi

Red Hot Chili Peppers qrupunun nağaraçısı DH Peligro vəfat edib.

Əsl adı Darren Henley olan nağara ifaçısı oktyabrın 28-i cümə günü Los-Ancelesdəki evində yıxılaraq başından aldığı zədədən sonra 63 yaşında dünyasını dəyişib.

DH Peliqronun ölüm xəbərindən sonra Red Hot Chili Peppers qrupunun basçısı Flea keçmiş qrup yoldaşını İnstaqramda bir yazı ilə yad edib:

“Əziz dostum, sənin üçün çox darıxmışam. Bu gün məhv oldum, amma ömrüm boyu sənə dəyər verəcəyəm. 81-ci ildə DK-larlda çalarkən səni ilk dəfə görəndə ağlımı başımdan almışdın. Sən mənim əziz dostum oldun. Çox əyləndik, bir-birimizə arxa durduq. Səni bütün qəlbimlə sevirəm. Sən ən həqiqi rokçusan və rhcp tarixinin mühüm hissəsisən. Bizim qəlbimizdə əbədi yaşayırsan. Rahat yat və səni məhdudlaşdıran hər şeydən azad ol.”

Share: