Bakının qəbul imtahanlarında zəif nəticə göstərən rayonları

“IX siniflərin buraxılış imtahanlarında Bakının dörd rayonunun şagirdləri aşağı nəticə göstərib”.

Oxu.Az-ın məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.

O bildirib ki, Xəzər, Qarabağ, Sabunçu və Pirallahı rayonlarında nəticələrin zəif olması ümumi işə zərbə vurur: 

“İmtahan nəticələrinin təhlili göstərir ki, şagirdlər arasında ana dilindən irəliləyişlər olsa da, riyaziyyat və xarici dildə geriləmələr var. Bunu pandemiya və sualların çətinliyi ilə əlaqələndirmək istəməzdim. Biz problemlərin üzərində işləməliyik”.

İlhamə Əbülfət

Share: