Çaylarda sululuq artıb

Son günlər ölkə ərazisində yağan intensiv yağışlar nəticəsində respublikanın yerli çaylarında sululuq artıb. 

“Qafqazinfo” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, ötən günlər müşahidə olunan azsulu dövrlə müqayisədə Böyük Qafqaz çaylarında 77 faiz, Kiçik Qafqaz çaylarında 70 faiz, Lənkəran-Astara bölgəsi çaylarında isə 200 faiz artım qeydə alınıb.

“Qonşu ölkələrdə yağan yağışlar nəticəsində tranzit çaylarda da sululuğun artımı müşahidə olunub. Belə ki, Kür-Qıraqkəsəmən məntəqəsində sululuq 39 faiz, Qanıx-Cəlayir məntəqəsində isə 21 faiz artıb”, – deyə o əlavə edib.

A. Verdiyev qeyd edib ki, sentyabrın 6-da və 7-də Zaqatala rayonu ərazisindən axan Talaçay-Zaqatala məntəqəsindən və sentyabrın 7-də Balakən  rayonu ərazisindən axan Balakənçay-Balakən məntəqəsindən qısamüddətli sel keçib.


Share: