Avstraliya hökuməti Kraliça Elizabeti aborigenlərlə əvəzləməyə qərar verdi

Avstraliya əsginaslarında Britaniya monarxlarının əvəzinə aborigenlərin təsvirləri görünəcək.

Bu barədə ölkənin Ehtiyat Bankı xəbər verib.

Bildirilir ki, yeni 5 dollarlıq əsginası dizaynının ilk avstraliyalıların mədəniyyəti və tarixinə həsr olunacaq.

Hazırda əsginasların üzərində Kraliça II Elizabetin portreti təsvir edilib.

Həmçinin bu il Avstraliyada buraxılması planlaşdırılan sikkələrin üzərində Britaniyanın yeni kralı III Çarlzın təsviri olacaq.

Mənbə: RBK

Share: