Bu gündən ictimai nəqliyyatda gedişhaqqı yeni tarifdən hesablanır

Bu gündən ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər qüvvəyə minir.

“Qafqazinfo” xəbər verir ki, artıq metro və şəhərdaxili avtobuslarda sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 40 qəpik olacaq. 

Xatırladaq ki, Tarif (qiymət) Şurasının yanvarın 31-də keçirilən növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılıb və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib. 

Qeyd edək ki, şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası, həmçinin şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tariflərin yuxarı həddi və metroda sərnişindaşıma xidmətinin tarifi ilə bağlı sonuncu qərar 2018-ci ilin avqust ayında qüvvəyə minib.


Share: