AVRO-2024: Azərbaycan – Belçika qarşılaşmasında ilk hissə başa çatdı

AVRO-2024-ün seçmə mərhələsinin V turu çərçivəsində baş tutan Azərbaycan – Belçika matçında ilk hissə başa çatdı. 

Oxu.Az xatırladır ki, birinci hissədə qonaqlar Yannik Karraskonun qolu ilə fasiləyə üstün yollanıblar. 

17:41

“Dalğa Arena”da Belçika millisini qəbul edən Azərbaycan yığması hesabda geri düşür.

Oxu.Az xəbər verir ki, qonaqların heyətində Yannik Karrasko 38-ci dəqiqədə fərqlənməyi bacarır. 

İlk hissəsi davam edən oyunda hesab 0:1.

17:02

AVRO-2024-ün seçmə mərhələsinin V turunda futbol üzrə Azərbaycan yığması Belçika millisini qəbul edir. 

Oxu.Az xatırladır ki, matç “Dalğa Arena”da keçirilir. 

Qeyd edək ki, qrupun digər matçında İsveç Estoniyanın qonağı olacaq. 

16:05

AVRO-2024-ün seçmə mərhələsinin V turunda üz-üzə gələcək Azərbaycan və Belçika millilərinin start heyətləri bəlli olub.

“Report” xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 4. Bəhlul Mustafazadə, 15. Rahil Məmmədov, 5. Anton Krivotsyuk, 3. Elvin Cəfərquliyev, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov, 17. Toral Bayramov, 20. Aleksey İsayev, 9. Renat Dadaşov, 11. Ramil Şeydayev

Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Yusif İmanov, 2. Yusif Nəbiyev, 6. Höccət Haqverdi, 10. Mahir Emreli, 13. Emil Səfərov, 14. Elvin Bədəlov, 16. Elvin Camalov, 18. Rüstəm Əhmədzadə, 19. Filip Ozobiç, 21. Qismət Alıyev, 22. Musa Qurbanlı

Baş məşqçi: Canni De Byazi

Belçika: 12. Koen Kastels, 4. Vout Fas, 5. Yan Vertongen, 3. Artur Teat, 21. Timoti Kastan, 6. Amadou Onana, 8. Yuri Tilemans, 11. Leandro Trossard, 10. Yannik Karrasko, 19. Yohan Bakayoko, 9. Romelu Lukaku

Ehtiyat oyunçular: 1. Tomas Kaminski, 13. Mats Sels, 2. Zeno Debast, 7. Ceremi Doku, 14. Dodi Lukebakio, 15. Olivye Deman, 16. Amin əl-Dahil, 17. Şarl de Ketelar, 18. Orel Manqala, 20. Lois Openda, 22. Uqo Siqet, 23. Mişi Batşuayi

Baş məşqçi: Domeniko Tedesko

Qeyd edək ki, bu gün “Dalğa Arena”da oynanılacaq qarşılaşma saat 17:00-da başlayacaq.

09:04

Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində bu gün növbəti oyununa çıxacaq.

Oxu.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv V turda Belçika yığmasını qəbul edəcək. “Dalğa Arena”da keçiriləcək görüş saat 17:00-da start götürəcək. Qarşılaşma “CBC Sport”da canlı yayımlanacaq.

Qrupun digər matçında İsveç Estoniyanın qonağı olacaq.

AVRO-2024

Seçmə mərhələ

V tur

9 sentyabr

17:00 Azərbaycan – Belçika

Xal durumu: Avstriya – 10, Belçika – 7, İsveç – 3, Estoniya – 1, Azərbaycan – 1.

Share: