“Arsenal”dan böyük hesablı məğlubiyyət, “Mançester Siti” üçün çempionluq şansı tezləşdi

İngiltərə Premyer Liqasında XXXVI turunda çempionluğa iddiaçı “Arsenal” məğlubiyyətlə üzləşib.

Oxu.Az xəbər verir ki, London klubu öz meydanında “Brayton”a böyük hesabla uduzub – 0:3.

36 matçda 81 xal toplayan “Arsenal” ikinci pillədədir və lider “Mançester Siti”dən 4 xal geri qalır.

“Şəhərlilər”in qarşıda 3 oyunu var. Növbəti turda “Mançester Siti” qalib gəlsə, çempion olacaq.

19:13

İngiltərə Premyer Liqasında XXXVI tur davam edir.

Oxu.Az xəbər verir ki, lider “Mançester Siti” “Everton”un qonağı olub. Matç Pep Qvardiolanın komandasının qələbəsi ilə başa çatıb – 3:0

“Şəhərlilər”ə qələbə qazandıran qolları dubl edən İlkay Gündoğan və Erlinq Holann vurublar.

Qələbə sayəsində “Mançester Siti” ən yaxın izləyicisi “Arsenal”la xal fərqini 4-ə yüksəldib. Komandanın 85 xalı var.

Share: