Almaniya Bundesliqası: “Bavariya” qol vurmaqdan bezmir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniya Bundesliqasının 10-cu turunun mərkəzi oyununda Dortmund “Borussiya”sı evdə “Bavariya”nı qəbul edib.

Prinsipial matçda qonaqlar 0:4 hesabı ilə qalib gəliblər. Münhenlilərin heyətində Harri Keyn het-trik edib (9,72 və 90+3-cü dəqiqələr).

Oyunda hesabı isə dördüncü dəqiqədə Dayo Upamekano açıb.

“Bavariya” turnir cədvəlində 26 xalla ikinci yerdə, “Borussiya” isə 21 xalla dördüncü yerdə qərarlaşıblar.

04.11.2023, 20:53

Almaniya Bundes Liqasının 10-cu turu çərçivəsində “Bayer” səfərdə “Hoffenhaym”dan üstün olub – 3:2.

Aleks Qrimaldonun dublu Xabi Alonsonun çalışdırdığı komandaya qələbə qazandırıb. Müdafiəçi matçın 45+1-ci və 70-ci dəqiqəsində fərqlənib. Daha bir qolu isə doqquzuncu dəqiqədə Florian Vitrs vurub.

Ev sahiblərindən isə Anton Ştax (56-cı dəqiqə) və Vut Veqhorst (58-ci dəqiqə) fərqləniblər.

“Bayer” 28 xalla Bundes Liqada liderliyini davam etdirir. “Hoffenhaym” isə 18 xalla altıncıdır.

Share: