Ağsuda üçotaqlı ev yanıb

Ağsu rayonunda üçotaqlı ev yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonunun Çaparlı kəndində ümumi sahəsi 130 kvadratmetr olan kürsülü birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Share: