Afrikada göyərtəsində 53 nəfərin olduğu təyyarə gölə düşüb

Tanzaniyanın “Precision Air” aviaşirkətinin sərnişin təyyarəsi Viktoriya gölünə düşüb.

Müstəqil.Az TRT – yəistinad edir və bildirilir ki, təyyarədə 53 nəfər olub (49 sərnişin və 4 ekipaj üzvü).

Təyyarə Tanzaniyanın inzibati mərkəzi olan Dar əs-Salam şəhərindən Afrika ölkəsinin digər şəhəri Mvanzaya uçub.

İlkin məlumata görə, qəzaya fırtına və güclü yağış səbəb olub.

Axtarış-xilasetmə əməliyyatı davam edir.

Sərnişinlərin xeyli hissəsi artıq xilas edilib. Bununla yanaşı, 19 nəfərin öldüyü təsdiqlənib.

 

 

Share: