Almaniyada benzinin qiyməti ölkə tarixindəki ən yüksək həddə çatıb

2022-ci il Almaniya üçün benzin və dizel yanacağının qiyməti baxımından ən bahalı il olacaq və onun bitməsinə qalan iki ay statistik rəqəmləri dəyişməyəcək.

Müstəqil.Az  “iz.ru”-ya istinad edrək xəbər verir ki,  fevral ayından Almaniyada dizel yanacağının qiyməti 2,30 avrodan, benzinin qiyməti isə 2,20 avrodan baha olub.

Məlumata görə, öncəki rekord 2012-ci ildə qeydə alınıb. O zaman premium E10 markalı benzinin qiyməti orta hesabla bir litr üçün 1,589 avro, dizel yanacağının qiyməti isə 1,478 avro təşkil edib.

Müstəqil.Az

 

 

Share: