ABŞ Nümayəndələr Palatasının üzvü HƏMAS-ın İsrailə hücumunda İran və Bayden hökumətini günahlandırdı

“İrana 6 milyard dollar göndərəndə nə olacağını düşünürdünüz?”

Bunu ABŞ dövlət katibi Antoni Blinkenin “X” sosial şəbəkəsində ABŞ hökümətinin HƏMAS terrorçularının İsrailə qarşı dəhşətli hücumlarını birmənalı olaraq pislədiyini, İsrail hökuməti və xalqı ilə həmrəy olduğunu və bu hücumlarda həlak olan israillilərə başsağlığı verduiyi barədə paylaşımına cavab olaraq, ABŞ Nümayəndələr Palatasının üzvü Loren Bobert öz “X” hesabında yazıb.

O, bu postu paylaşaraq İranın HƏMAS-ı terrorçuluqda dəstəklədiyinə işarə edib.

 

Share: