Azərbaycan XİN Əfqanıstana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Əfqanıstanda baş verən zəlzələ ilə bağlı başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, XİN bununla bağlı “X” hesabında paylaşım edib:

“Əfqanıstanın Herat şəhərində yüzlərlə insanın həyatına son qoyan dağıdıcı zəlzələ xəbəri dərindən kədərləndi. Bu faciədə həlak olanların ailələrinə başsağlığı veririk. Fikirlərimiz və dualarımız Əfqanıstan xalqının yanındadır”, – deyə XİN-dən bildirilib.


Share: