Orxan Camalın cəsədi Parisə çatdırılıb

Mərkəzi Afrika Respublikasında (MAR) öldürülən jurnalist Orxan Camal, rejissor Aleksandr Rastorquyev və operator Kirill Radçenkonun cəsədləri təyyarə ilə Parisə çatdırılıb.

Bu barədə ​Müstəqil.Az RT-yə istinadən xəbər verir.

Cəsədlər oradan başqa təyyarə ilə Moskvaya daşınacaq. Təyyarənin Rusiya paytaxtına avqustun 5-nə keçən gecə çatacağı gözlənilir.

Xatırladaq ki, iyulun 31-də MAR-da jurnalist Orxan Camal, rejissor Aleksandr Rastorquyev və operator Kirill Radçenkonun öldürüldüyü məlum olub. Onların pusquda olan yerli silahlı qruplaşma üzvləri tərəfindən vurulduğu ehtimal edilir. (report)

 

Share: