Bərdədə “QAZel” qaçırılıb.

 Bərdədə “QAZel” qaçırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, hadisə avqustun 4-də saat 1 radələrində Bərdə rayonunun Gərənə kəndi ərazisində qeydə alınıb. Kənd sakini Sənani Balayevə məxsus “QAZel” markalı avtomobil qaçırılıb.

Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən həmkəndlisi Əlvan Namazov saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Share: