“Orta məktəblərdə hərbi dərslər – tank, top, avtomat barədə, əlavə ixtisaslaşdırılmış idman dərsləri – futbol, şahmat dərsləri tədris olunsa sevinərdim…”

AMEA-nın əməkdaşı, Siyasi elmlər üzrə fəlsəfə doktoru Şahin Bağırov öz facebook səhifəsində belə bir maraqlı təkliflə çıxış edib:

 

Əslində Fəlsəfə dərslərində bütün dinlər haqqında məlumatlar verilir.
Yetər ki, sanballı pedaqoqlar bunları tədris etsin… Qaldı ki, dinin orta məktəblərdə tədris olunmasına, dövlət bu işə qol qoya bilməz.
Çünki bu, dünyəvi dövlətlərə xas olmayan məsələdir.
Din dövlətdən ayrıdır! Həm də dünyəvi elmlərdən yana, dini-mistik dünyagörüşü bütün cəmiyyətlərdə olduğu kimi, Azərbaycan toplumunda da kifayət qədər intişar tapıb. Məncə buna ehtiyac yoxdur.
Qaldı İslam dininə, mollalara da müəllim dedizdirmək istənilirsə, onda bu başqa məsələ…
Bunun əvəzində orta məktəblərdə hərbi dərslər – tank, top, avtomat barədə, əlavə ixtisaslaşdırılmış idman dərsləri – futbol, şahmat dərsləri tədris olunsa sevinərdim !

 

 

Share: