Onunla zarafat edən ərini və yaxınlarını zəhərlədi

Onunla zarafat edən ərini və yaxınlarını zəhərləyən qadın beş nəfərin ölümünə, yüz iyirmi nəfərin xəstəxanaya yerləşdirilməsinə səbəb olub. 
Moderator.az xəbər verir ki, hadisə Hindistanın Maharaştra əyalətində baş verib.
İyirmi üç yaşlı Praqya Survasen adlı qadın onunla zarafat edən ərinin və yaxınlarının yeməklərinə böcək dərmanı qataraq beş nəfərin ölümünə, yüz iyirmi nəfərin isə zəhərlənərək xəstəxanaya yerləşdirilməsinə səbəb olub.
Hadisəylə bağlı qadın polis tərəfindən saxlanılıb. Araşdırma aparılır.
Müstəqil.Az

Share: