İtaliyada batan miqrantları xilas etmək qadağan olundu

İtaliya hökuməti Aralıq dənizində batan miqrantların xilas edilməsinin qadağan olunması ilə bağlı qərar qəbul edib.
Bununla bağlı “The Independent” nəşri məlumat verib.
Nəşin məlumatına görə, İtaliya xilasediciləri Şimali Afrikadan Avropaya miqrant daşıyan gəmidən altı SOS siqnalı qəbul edilər. Ancaq rəsmi Roma bildirib ki, miqrantlar Liviya sularındadır və onlara görə məsuliyyəti Tripolinin üzərinə atıb.
Bundan əvvəl İtaliya daxili işlər naziri, baş nazirin müavini Matteo Salvini deyib ki, ölkəsi daha heç kimi qəbul etmək gücündə deyil. (oxu.az)
 Müstəqil.Az

Share: