“Onlar qəhrəmandır” kitabı nəşr olundu

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Şəhid və qazi ailələrinin sosial problemlərinə dəstək” layihəsi çərçivəsində “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi tərəfindən  hazırlanan “Onlar qəhrəmandır” kitabı işıq üzü görüb.

Kitabda birinci Qarabağ və 44 günlük Zəfər Savaşında torpaqlarımızın müqəddəsliyi, suverenliyi uğrunda gedən döyüşlərdə, eləcə də Sovet Ordusu sıralarında – Əfqanıstanda beynəlmiləlçilik borcunu şərəflə yerinə yetirən, Cəlilabad rayonunun Sabirabad kəndindən olan şəhidlər və qazilərin həyat yolundan, göstərdikləri qəhrəmanlıqdan  bəhs olunur.

… Onlar həqiqətən qəhrəmandırlar. Şirin canlarını çanlarından artıq sevdikləri Vətən yolunda şəhid etməkdən qürur duyaların, ölüm-dirim savaşında müxtəlif yaralar almış qazilərin bir adı var: QƏHRƏMAN!

“Maarif” nəşriyyatında 200 tiraj, 104 səhifə həcmində nəfs şəkildə dərc olunan kitabın müəllifləri Faiq Balabəyli, Elnur Nəhmət və Kəmalə Səfərova, redaktoru Hüseyn Sözlü, korrektorları Səyalı Vasifqızı və Aytəkin Həmidlidir.

Tural Balabəyli

Share: