“Ömürlük tarixə keçdi şəhidlər” mövzusunda Şəhid Məhəmməd Hüseynovun ailəsi ilə görüş keçirildi

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 nömrəli kitabxana filialı “Ömürlük tarixə keçdi şəhidlər” mövzusunda II Qarabağ- Vətən müharibəsinin Şəhidi Məhəmməd Qiyas oğlu Hüseynovun ailəsi ilə görüş keçirib.

Tədbirdə şəhidin atası Qiyas Hüseynov, anası Elmira Hüseynova, İnsan Hüquqlarının Müdafiəsi və Ekologiyanın Mühafizəsi Mərkəzinin sədri Sitarə Hacıyeva, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Gəncə şəhər şöbəsinin sədri Bəyanat Qasımov, yazıçı-jurnalist İradə Aytel, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi 1 nömrəli Gəncə Peşə Liseyinin müəllimləri, Gəncə şəhər 17 saylı tam orta məktəbin və Ə.Cavad adına 2 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Tədbirdən əvvəl Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açıq elan edən filialın müdiri Mirvari Cəfərova Şəhid Məhəmməd Hüseynov haqqında məlumat verib.
Şəhidin atası Qiyas Hüseynov, anası Elmira Hüseynova övladları haqqında xatirələrini danışıblar. Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi 1nömrəli Gəncə Peşə Liseyinin müəllimi Esmira Behbudova, 17 №-li orta məktəbin müəllimi, Şəhidin sinif rəhbəri Möhsün Ağayev çıxış edərək Məhəmməd haqqında xatirələrini danışıblar. Onlar öz çıxışlarında qeyd ediblər ki, Məhəmməd uşaqlıqdan Vətənə bağlı övlad olub. O Vətəni canından çox sevərdi. Xocalı Soyqırımı haqqında filmləri izləyərkən hər zaman əlini sinəsinə vuraraq deyərmiş: “O, Şəhidlərin qisasını bu oğullar alacaq”.
Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova, İnsan Hüquqlarının Müdafiəsi və Ekologiyanın Mühafizəsi Mərkəzinin sədri Sitarə Hacıyeva, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Gəncə şəhər şöbəsinin sədri Bəyanat Qasımov, yazıçı- jurnalist İradə Aytel çıxış edərək qeyd ediblər ki, Şəhidlik müqəddəs məqsəd üçün həyatını verməkdir. Bizim üçün din, vətən, torpaq, şərəf kimi anlayışlar müqəddəsdir və bu müqəddəs dəyərlərimizə hər hansı səbəblə zərər verəcək hər kəslə heç çəkinmədən müharibə edər, lazım gələrsə canımızı verərik. Biz şəhidlərimizin qanı ilə yuyulan bu torpaqda yaşayırıq. Bu gün biz bu torpaqlarda sərbəst hərəkət edib xoşbəxt bir şəkildə yaşayırıqsa, bizlər üçün ölümə qorxusuz getmiş şəhidlərimizin sayəsindədir. Onlar vətən deyincə gözləri heçbir şeyi görməyən, geridə buraxdıqlarını düşünmədən öncə Vətən deyən möhtəşəm insanlardır. Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə ölümləri ilə bir əbədilik qazanırlar.
Tədbirdə Gəncə şəhər 17 saylı tam orta məktəbin şagirdləri Şəhidlərə həsr olunmuş şeir kompozisiyası ilə çıxış ediblər.

WhatsApp Image 2023-06-16 at 20.25.29 (1)WhatsApp Image 2023-06-16 at 20.25.29WhatsApp Image 2023-06-16 at 20.25.30WhatsApp Image 2023-06-16 at 20.25.31 (1)WhatsApp Image 2023-06-16 at 20.25.31WhatsApp Image 2023-06-16 at 20.25.32WhatsApp Image 2023-06-16 at 20.25.33WhatsApp Image 2023-06-16 at 20.25.34 (1)WhatsApp Image 2023-06-16 at 20.25.34WhatsApp Image 2023-06-16 at 20.25.36 (1)WhatsApp Image 2023-06-16 at 20.25.36WhatsApp Image 2023-06-16 at 20.25.37WhatsApp Image 2023-06-16 at 20.25.39 (1)WhatsApp Image 2023-06-16 at 20.25.39WhatsApp Image 2023-06-16 at 20.25.40 (1)WhatsApp Image 2023-06-16 at 20.25.40WhatsApp Image 2023-06-16 at 20.25.41WhatsApp Image 2023-06-16 at 20.25.42 (1)WhatsApp Image 2023-06-16 at 20.25.42WhatsApp Image 2023-06-16 at 20.25.43 (1)WhatsApp Image 2023-06-16 at 20.25.43

Share: