II Beynəlxalq Bakı Piano Festivalının açılışı oldu

Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan II Beynəlxalq Bakı Piano Festivalı dünya şöhrətli virtuoz pianoçular Şahin Növrəsli və Elen Mersyenin parlaq konserti ilə açılıb.

Kulis.az xəbər verir ki, gecənin musiqili proqramı dirijor Valid Ağanın rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletindən klassik vals ilə başlayıb.

Ruslan Hüseynovun, Elvin Bəşirovun və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Şahin Növrəsli və Elen Mersyenin ifasında amerikalı bəstəkar Corc Qerşvinin əfsanəvi “Rhapsody in Blue” tamaşaçıları heyran edib.

Dirijor Valid Ağa tərəfindən idarə olunur. Virtuoz musiqiçilərin yaratdığı sehrli rapsodiya tamaşaçıları füsunkar harmoniya ab-havasına qərq edərək, bu gecəni unudulmaz edib.

Share: