Oğuzda meşədə ağacları kəsənlər barəsində tədbir görülüb

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ağackəsmə hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirləri
keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan -ya verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayonun Filfilli
kəndindəki meşə massivindən ağacları qanunsuz olaraq kəsən 2 nəfər müəyyən olunub.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək qərar olunması üçün 7 saylı Regional
Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilib.

Share: