Oğuzda bina yanıb – FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Oğuz şəhəri, 20 Yanvar küçəsində yerləşən kürsülü birmərtəbəli tikilidə yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

15.18

Oğuzda yanğın olub.

-nın Şimal-qərb bürosunun məlumatına görə, bu gün saat 14 radələrində Oğuz şəhəri 20 Yanvar küçəsində, ümumi sahəsi 380 kv/m olan kürsülü birmərtəbəli binada yanğın baş verib. Yanğının söndürülməsi üşün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən maşınları və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində binanın yanar konstruksiyaları içərisində olan əşyalarla birlikdə yanıb. Xəsarət olan olmayıb.

Binada 15 nəfərdən ibarət üç keçmiş məcburi köçkün ailəsinin yaşadığı bildirilir. Bura vaxtilə şagirdlərin yay istirahət düşərgəsinin inzibati binası olub.

Faktla bağlı araşdırma aparılır.

Share: