“AFB Bank” ötən ili 7 mln. manatdan çox mənfəətlə bitirib

“AFB Bank” ASC 2023-cü ili 7,65 milyon manat mənfəətlə başa vurub. Bu isə 2022-ci ilə nisbətən 30% azdır.

“-Economics” bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir. 2022-ci ilin eyni dövründə isə bankın mənfəəti 10,9 milyon manat olub.

31 dekabr 2023-cü il tarixində “AFB Bank”ın gəlirləri 30,3 milyon manat (əvvəlki ilə nisbətən 2.3% çox) , xərcləri 23,7 milyon manat olub. Bank ötən il 2,5 milyon manat mənfəət vergisi ödəyib.

Bu il yanvarın 1-nə “AFB Bank”ın aktivləri 330,67 milyon manat olub ki, bu da illik müqayisədə 17% çoxdur. Bankın kredit portfeli 5,6% artaraq 180,5 milyon manata çatıb. 2022-ci ildə bu rəqəm 170,9 milyon manat olub.

Share: