Nyu-Cersi ştatının keçmiş qubernatoru ABŞ-də keçiriləcək prezident seçkisindən geri çəkilib

Nyu-Cersi ştatının keçmiş qubernatoru Kris Kristi ABŞ-də keçiriləcək prezident seçkilərindəki namizədliyi geri götürüb.

xəbər verir ki, bu barədə o Nyu-Hempşirdə tərəfdarları ilə görüşündə deyib.

“Mən həmişə demişəm ki, əgər prezidentlik yarışında qalib gəlmək üçün bir yol görə bilməyəcəyim bir məqam olsa, mən çıxacağam. Bu gecə heç bir şeyin olmadığı mənə aydın oldu. Ona görə də bu gecə mən ABŞ prezidenti seçki kampaniyamı dayandırıram”, o, Nyu-Hempşirdə tərəfdarlarına deyib.

“Bloomberg” yazır ki, Kris Kristinin bu addımıABŞ-nin keçmiş lideri Donald Trampın Respublikaçılar Partiyasından prezidentliyə namizədliyi uğrunda mübarizədə əsas rəqibləri hesab edilən Florida qubernatoru Ron DeSantisin və ABŞ-nin BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heylinin mövqeyinə müsbət təsir göstərə bilər.

Seçkilə noyabrda keçiriləcək.

Share: