Abşeronda avtobusla yük maşını toqquşub, xəsarət alan var

Abşeron rayonu, Yeni Saray qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi olub.

xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Müəyyən olunub ki, “DAF” markalı yük avtomobili ilə “Otoyol” markalı avtobusun toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “Otoyol” markalı avtobusun sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər avtobusda sıxılı vəziyyətdə qalan sürücünü xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Share: