Nobel sülh mükafatına namizəd olan Bill Riçardson vəfat edib

ABŞ-də ölkənin BMT-dəki keçmiş daimi nümayəndəsi, keçmiş energetika naziri və Nyu-Meksiko ştatının keçmiş qubernatoru Bill Riçardson 76 yaşında vəfat edib.

Avqustun 25-də “The Hill” nəşriyyatı senatorların Riçardsonu builki Nobel Sülh Mükafatına namizəd olaraq irəli sürdüklərini bildirib. Nobel Komitəsinə məktub yazan qanunvericilər Rusiyada məhkum olunmuş basketbolçu Britni Qrayner və keçmiş ABŞ dəniz piyadası Trevor Ridin də daxil olduğu 15 məhbusun azad edilməsində siyasətçinin rolunu xüsusi qeyd ediblər.

Mənbə: RBK

Share: