Nizami rayonunda Polis Günü qeyd olundu — Fotolar

Nizami rayonunda 2 iyul-Polis Günü qeyd olunub.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Nizami Rayon İcra hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, müavini İldırım Mehdiyev, hüquq şöbəsinin rəisi Sabir Abbasəliyev, tikinti şöbəsinin rəisi Turalov Cavad, ərazi idarəetmə Qasımov Arif və digər səlahiyyətli şəxslər iştirak edib.

Tədbirdə çıxış edənlər polis əməkdaşlarının dövlətin keşiyində dayandığı, hər zaman ayıq-sayıq olduğunu vurğulanıb.

İdarə rəisi, polis polkovniki Elşən Camalov müşavirə keçirərək 5 polis əməkdaşını Fəxri fərmanla təltif edib.


Share: