Nikol Paşinyanın çağırışı ilə Ermənistanda vətəndaşlar məhkəmələrin giriş-çıxışını bağladı

Bazar ertəsi baş nazir Nikol Paşinyanın çağırışı ilə Ermənistan vətəndaşları ölkə ərazisində bütün məhkəmə binalarını əhatəyə alıb, giriş və çıxışlarını bağlayıb, heç kəsi binaya buraxmırlar.

Onun çağrışına səbəb məhkəmənin sabiq prezidenti Robert Koçaryan-ı sərbəst buraxması olub.

Şənbə günü Yerevan Ümumi Yurisdiksiya Məhkəməsi Ermənistanın sabiq prezidenti Robert Koçaryan barəsində həbs qətimkan tədbirini dəyişib, onu ölkəni tərk etməmək şərtilə sərbəst buraxıb.

Məhkəmənin qərarı Ermənistanda ictimai narazılığa səbəb olub və kütləvi etiraz aksiyaları ilə qarşılanıb.

Share: