Ramazan ayının yaranma tarixi,faydaları

Ramazan İslam təqviminin 9-cu ayıdır.

Müsəlman təqvimi “hicri-qəməri” təqviminə əsasən 12 aydan ibarətdir. Ramazan ayı aylardan ən müqəddəsi sayılır. Qurani-Şərif məhz bu ay Məhəmməd Peyğəmbərə (S.A.S) vəhy olunmağa başlayıb, ona görə Ramazan ayında Quranın oxunmasına xüsusi əhəmiyyət verilir.

Müsəlmanlar bütün dünyada fərqli saatlarda oruc tuturlar.

Dünyada təxminən 1.6 milyard müsəlman var, amma onlar Ramazan zamanı müxtəlif saatlarda oruc tuturlar. Yaşadığı yerdən asılı olaraq bəzi müsəlmanlar daha çox oruc tuturlar. Məsələn, Avstraliya müsəlmanları ən qısa vaxt oruc tuturlar, onların ibadəti təxminən 9 saat təşkil edir, halbuki İsveç və İslandiya müsəlmanları 20 saat oruc saxlayırlar. Əgər mömin ramazan zamanı öz ölkəsində deyilsə, oldugu ölkənin vaxtı ilə oruc tutmalıdır. Qütb bölgələrində olan müsəlmanlar davamlı gün səbəbindən oruc vaxtını ən yaxın şəhərin vaxtı ilə və ya  Məkkə vaxtı ilə uyğunlaşdıra bilər.

Ramazan ayındakı oruc “səum” adlanır.

Ərəb dilindəki oruc mənasını verən “səum” sözü bütün dünya müsəlmanları arasında işlədilir. İslam ensiklopediya lüğətinə əsasən ərəb dilində bu söz  gün batana qədər yemək, içməkdən çəkinmə anlamına gəlir. Ramazan ayında tutulan oruc İslam dininin əsaslarından biridir. Orucun zəruriliyi haqqında Quranda birbaşa göstəriş vardır və deyilir: “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz.

“Ramazan” sözü ərəb dilindən tərcümədə “yandıran”, “isti”, “bürkü yandıran” deməkdir.

Bəzi mülahizələrə  görə bu ad, oruc zamanı insanın vəziyyəti ilə əlaqəli olduguna görə verilib.

Ramazan yeni ayın görünməsi ilə müəyyən edilir.

Müsəlman təqvimi ay təqvimi oldugu üçün aylar, göydə ayın görünməsi ilə başlayır. Bu təqvim hazırda istifadə olunan Qriqori təqvimindən 10 gün qisa oldugu üçüntəxminən 33 il ərzində müqəddəs ayın bir mərhələsi keçir. Üç il ərzində orucun başlanması bir ay, yəni hər ildə 10 gün geriyə çəkilir.

Ramazanda  ilin ən müqəddəs və önəmli gecəsi düşür.

Bu ayda  Qədr Gecəsi düşür ki, həmin gecə Quranın ilk ayələri nazil edilib. Qədir Gecəsinin dəqiq tarixi məlum olmasada Ramazan ayının 19, 21 və 23-cü gecələrindən biri olduğu bildirilir. Möminlərin təbirincə  Allahın bu gecə  göstərdiyi  bərəkət, rəhmət və bağışlanma digər gecələrlə müqayisə olunmazdır. Bu gecə dilimizə “Əhya gecəsi” kimi daxil olmuşdur.

Ramazan ayı boyunca  xüsusi namaz – təravih oxunur.

Təravih namazı Peygəmbərin sünnəsinə aiddir  və gecə namazı ilə sübh namazı arasında   8 və ya 20 rükət  oxunur. “Təravih” sözü “Tərvih” sözünün cəm halında  olan ərəb sözüdür, tərcümədə “istirahət” deməkdir. İbadətin belə adlanmasına səbəb mömünün hər dörd rükətdən sonra dincəlməsidir.

Ramazan iqtisadiyyata təsir göstərir.

Alimlər bu barədə maraqlı nəticəyə gəlmişlər. Əgər oruc vaxtı 1 saatadək azalırsa, onda iqtisadi artım tempi  0,6-0,9%  artır. Əksinə,ibadət vaxtı uzanırsa, onda iqtisadiyyatın artımı zəifləyir.

 

 

Share: