Neftin qiyməti artımdan sonra azalmağa doğru yönəlib

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin may müqaviləsinin dəyəri 0,16% azalaraq 1 barelə görə 85,28 ABŞ dolları təşkil edib.

“-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin aprel ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,14% azalaraq 81,15 ABŞ dollar təşkil edib.

Share: