Bakıda dəniz limanında FACİƏ

Suraxanı rayonunda ehtiyatsızlıq bir nəfərin ölümünə səbəb olub.
Hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanında işləyən 30 yaşlı Tağıyev Zaur Məhərrəm oğlunu ehtiyyatsızlıqdan avtokar vurub. Gənc oğlan aldığı xəsarətlərdən travmatik şok keçirib.
O, xəstəxanaya aparılanda yolda dünyasını dəyişib.
Faktı Suraxanı Rayon Prokurorluğunun əməkdaşları araşdırır.
Müstəqil.Az
Share: