Nazir bu şəxslərə çağırış etdi

“İki ildən çox ciddi pandemiya rejimində yaşayan cəmiyyətlərdə ənənəvi virus və bakteriyaların insanlar arasında mübadiləsi pozulur, ara-sıra mövsümi qrip sıçrayışları qeydə alınır”.

“Qafqazinfo” xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev deyib.

Onun sözlərinə görə, bunların hamısına hazırlıqla əlaqədar Səhiyyə Nazirliyi vasitəsilə bu mövsüm üçün qrip əleyhinə vaksinlər gətirilib və ilkin səhiyyə xidmətləri göstərən bütün müəssisələrə, TƏBİB-in nəzdindəki ailə sağlamlıq mərkəzlərinə, şəhər, rayon polikilinikalarına paylanılıb. 

Həmin vaksinlərin saxlanılma qaydaları monitorinq və nəzarət altındadır:

“Fürsətdən istifadə edərək yaşlı əhalini və ciddi xroniki xəstəliyi olanları qrip əleyhinə vaksinasiyaya qoşulmağa çağırıram”, – deyə nazir qeyd edib.


Share: